Leninin nəşini satın almaq üçün 50 milyon dollar toplanıb

ABŞ-da Vladimir Leninin nəşinin satın alınması məqsədilə 50 milyon dollardan çox vəsait toplanıb, layihə həm amerikalıların, həm də rusiyalıların geniş dəstəyini qazanıb.
Bu barədə amerikalı rəssam Devid Datuna məlumat verib.
Bir qədər əvvəl Devid Datuna Vaşinqtonda Leninin mavzoleyinin oxşarının tikilməsi təşəbbüsü ilə çıxış etmiş və inqilabçının nəşini satın almaq istəyini bildirmişdi. Sonradan Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov layihəyə münasibət bildirərkən vətənini, tarixini və liderini satmağın yalnız satqınların işi olduğunu deyib.
“Rusiyanın bəzi siyasətçilərinin mənfi reaksiyasına baxmayaraq, layihə həm amerikalıların, həm də rusiyalıların geniş dəstəyini qazanıb”, - deyə rəssam qeyd edib. O, 50 milyon dollarlıq layihənin həmmüəllifi olmaq istəyənlərdən sutka ərzində onlarla təklif aldığını vurğulayıb.
Layihə müəlliflərinin sözlərinə görə, incəsənət obyekti ABŞ-da nəzərəçarpacaq dəyişikliklərə və Amerika cəmiyyətinin sosial-kommunist hərəkatına münasibətinə hesablanıb. Rəssamın fikrincə, yeni mavzoley hazırda prezident seçkiləri ərəfəsində daha çox tələb olunan dəyişikliklərin simvoluna çevrilə bilər. (AZƏRTAC )
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










