Lənkəranda iki qəzalı körpü yenidən qurulur - FOTOLAR

Ələt-Astara magistralının Lənkəran rayonundan keçən hissəsində iki qəzalı körpü yenidən inşa olunur. Hər iki körpünün uzunluğu 46 metrdir. Viravul və Girdəni çayları üzərində yerləşən qəzalı körpülərin inşasına noyabr ayının əvvəlindən başlanılıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Ələt-Astara magistralının 197-ci kilometrliyində, Lənkəranın Göyşaban kəndi ərazisində yerləşən qəzalı körpünün yenidən qurulması ilə əlaqədar yol müvəqqəti bağlanıb. Ərazidə ağır texnikalar və canlı qüvvə çalışır. Yeni körpü 46 metr uzunluğunda, 14,5 metr enində və 1 aşırımlı olacaq. Hazırda layihə üzrə körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay yatağında istinad divarı və mühafizə bəndinin tikintisi davam etdirilir. Körpü Girdəni çayı üzərində yerləşir.
Viravul çayı üzərində yenidən qurulan ikinci körpüdə isə alternativ yoldan istifadə olunur.
Körpü inşasının mühəndisi Mübariz Camalov bildirib ki, hər iki körpü iki hərəkət hissəsindən ibarətdir. Ələt-Astara magistralının 193-cü kilometrliyində, Lənkəranın Ürgə kəndi ərazisində yerləşən Lənkəran-Liman yolunu birləşdirən körpünün də uzunluğu 46 metr, eni 14,5 metrdir.
Hazırda körpülərdə sıvay bərkitmə işləri aparılır.
Qeyd edək ki, hər iki körpünün inşasında 10-dan çox texnika, 40-a yaxın işçi qüvvəsi çalışır. Körpülərin 3 ayadək istifadəyə verilməsi nəzərdə tutulub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
















