Lerikdə erkən nikahlarla bağlı tədbir keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyiilə “Müasir Azərbaycan Qadını” İctimai Birliyi “Erkən nikahlar qadın hüquqlarının pozulması kimi” adlı layihənin növbəti təliminin icrası Lerik rayonunda həyata keçirildi.
Təlimdə layihə rəhbəri Kəmalə Muradlı layihənin əsas məqsəd və vəzifəsi haqqında məlumat verdi və bildirdi ki, yetkinlik yaşına çatmayan qızların ərə verilməsi müasir dövrdə qlobal problemlərdən birinə çevrildiyini, insan hüquqlarının, qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması halı kimi qeyd olunduğunu və çoxsaylı beynəlxalq konvensiyaların, tövsiyyələr və qərarların eləcə də milli qanunvericilik aktlarının azyaşlı qızların hüquqlarının qorunmasına yönəlməsini qeyd etdi. İştirakçılara Qadın və uşaq hüquqlarının pozulduğunu, gələcəkdə belə nikahdan doğulan uşaqların müxtəlif xəstəliklərlə üzləşdiyini gənc qadınların fiziki, mənəvi və psixoloji sarsıntılara məruz qaldığı, erkən nikahlara təhrik edilən qızların hüquqlarının müdafiəsi mexanizmi izah edildi.
Çıxış üçün söz layihənin hüquqşünası “Hüquqşünas Qadınlar Assisosiyası” İctimai Birliyinin rəhbəri Xanım Əhmədzadəyə verildi. Hüquqşünas məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda nəzərdə tutulan Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsində qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni ehtiva edən sanksiyalaşma haqqında məlumat verdi.
Təlimdə iştirak edən Lerik rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ramin Ağayev İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yaradıldığını və İcra Hakimiyyəti tərəfindən erkən nikahların qarşısının alınması məqsədi ilə görülən işlər haqqında məlumat verdi. Psixoloq Mehin Cəfər erkən nikahların uşaqlarda törətdiyi psixaloji problemlər və intiharlar haqqında iştirakçıları məlumatlandırdı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










