Lerikdə “Narkotiklərlə Mübarizə Günü” ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lerikdə 26 iyun “Narkotiklərlə Mübarizə Günü” münasibətilə tədbir təşkil olunub.
Avtosfer.az xəbər verir ki, Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barədə məlumat verərək qeyd edib ki, bu gün bəşəriyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi faciəvi nəticələrə gətirib çıxaran narkomaniyadır. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, ailə institutuna, iqtisadiyyata və digər bir çox sahələrə də öz mənfi təsirini göstərir. Çıxışlarda qeyd olunub ki, 26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.
Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA















