Lerikdə yolda qar uçqunu oldu

Lerikdə qarlı-küləkli hava şəraitinə görə qar uçqunu olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Lənkəran-Lerik magistralı açılsa da ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır. Əsasən rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib. Bu yolda Lerik DYP əməkdaşları təhlükəsizlik tədbirləri görür.
Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, küləkli havaya görə həqiqətən də ucqar dağ kəndlərində çətinliklər var. "52-saylı Lerik yol istismar idarəsi yolları qardan təmizləyir. Dünənə kimi 50 yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq işin 50 faizi görülüb və günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".
Qeyd edək ki, hazırda bölgədə günəşli hava müşahidə olunur. Gecəyə doğru temperaturun -5,-7 dərəcəyə düşəcəyi proqnozlaşdırılır.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











