"Leysan olacaq" - XƏBƏRDARLIQ - YENİLƏNİB

Avqustun 27-dək qeyri-sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqdar xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 27-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək".
***
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gündüz 24-28, axşam 19-22 dərəcə isti olacaq.
Bölgələrdə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.
G. Məmmədova deyib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti avqustun 27-dək davam edəcək. Havanın soyumasına şimaldan hərəkət edən soyuq hava kütlələri səbəb olub.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










