Leysan yağış yeni fəsadlar üzə çıxarır – EVLƏRİN TAVANINDAN SU SIZIR – VİDEO

Küləklə müşayiət olunan güclü yağış paytaxtda bir sıra binaların mənzillərində subasmalara yol açıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində və Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə binanın mənzilinin su basması ilə bağlı görüntülər paylaşılıb.
Bu vəziyyətdə kim məsuliyyət daşıyır? Vətəndaşlara dəymiş zərərin qarşılanması üçün hansı qurum cavabdeh olmalıdır?
Əmlak eksperti Elnur Fərzəliyev saytımıza açıqlamasında bildirib ki, su basma halları daha çox fərdi həyət evlərində müşahidə olunur və bu, paytaxtın relyefi ilə bağlıdır:
“Bakı şəhəri dağətəyi relyefdə yerləşdiyi üçün yuxarı hissədə yağan yağışlar mərkəzə doğru axır. Çökək ərazilərdə yerləşən evlər bu suyun qarşısını ala bilmədiyindən su basmalar daha çox həmin zonalarda – Sovetski, Papanin kimi ərazilərdə baş verir.”
Ekspert qeyd edib ki, mənzil sahibləri əmlaklarını sığortalamadığı üçün zərəri öz hesablarına ödəməli olurlar. Yeni tikililərdə isə subasmanın qarşısını almaq üçün texniki tədbirlər – nasos və drenaj sistemləri qurulmalıdır.
“Əgər bu sistemlər qurulmayıbsa, problem qaçılmaz olur. Yuxarı mərtəbələrdə su basma halları əsasən dam örtüyü ilə bağlıdır. Orta mərtəbələrdə isə adətən qonşudan sızma halları müşahidə olunur,” – deyə o bildirib.
Sığorta eksperti Emil Ağabağırovun fikrincə, bu kimi hava şəraitində, xüsusilə leysan xarakterli yağıntılar zamanı əmlaka dəyən zərərin ödənilməsi daşınmaz əmlakın icbari sığortası çərçivəsində mümkündür:
“Daşınmaz əmlakın icbari sığortası yalnız obyektin özünə – onun konstruktiv elementlərinə, bərpasına təminat verir. Bu o deməkdir ki, evin divarı, dam örtüyü, döşəməsi və s. zədələnərsə, sığorta şirkəti ödəniş edir. Vətəndaşların evlərindəki daşınar əmlak – mebel, məişət texnikası və digər şəxsi əşyalar yalnız könüllü sığorta vasitəsilə qoruna bilər. Əgər vətəndaş daşınar əmlakını könüllü sığorta etdiribsə, bu halda həmin əşyalar da təminata daxil olur. Əks halda, yalnız daşınmaz əmlakla bağlı ödəniş həyata keçirilir, daşınar əmlak üçün kompensasiya verilmir.”
Paytaxtda yağıntılı hava şəraiti nəticəsində baş verən subasmalara qarşı vətəndaşların üzərinə də müəyyən məsuliyyət düşür. Ekspertlərin fikrincə, bu kimi hallarda əmlakın həm icbari, həm də könüllü sığortalanması vacibdir. Bu gələcəkdə yaranacaq maddi zərərin qarşısını almaq baxımından əhəmiyyətlidir.
Mütəxəssislər hesab edir ki, eyni zamanda, yeni tikililərdə tikinti şirkətləri layihələndirmə mərhələsində su ötürücü və nasos sistemlərinə xüsusi diqqət yetirməlidirlər. Çünki texniki təminat yetərli olmadıqda, subasmalar həm vətəndaş üçün, həm də ümumi bina infrastrukturu üçün ciddi təhlükə yaradır.
Mövcud vəziyyət bir daha göstərdi ki, həm fərdi şəxslər, həm də aidiyyəti qurumlar bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməli, profilaktik yanaşma tətbiq edilməlidir.
Fidan
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










