Lökbatan dairəsində qadağa şəhərdə tıxaca necə təsir göstərir? - ƏLAVƏ PROBLEMLƏR

İşimlə əlaqədar olaraq vaxtaşırı rayonlara gedib gəlirəm. Rayondan qayıdarkən adəti üzrə Lökbatan dairəsində düşürəm. Ötən ayadək hər şey qaydasında idi.
Bazar günü adətim üzrə Bakıya qayıdanda (etika xatirinə yeri yazmıram) adətim üzrə sürücü köməkçisinə əl baqajımı sağ tərəfə qoymağı xahiş etdim. Məlumat üçün deyək ki, asanlıq olsun deyə, avtobusların sağ tərəfinə Lökbatadnda düşənlərin, sola isə Avtovağzalda düşənlərin yükləri yerləşdirilir. Lakin, bu dəfə sürücü köməkçisi bildirdi ki, yükün sağa və ya sola qoyulmasının fərqi yoxdur: “Artıq Lökbatan dairəsində dayanmağa icazə verilmir. AYNA-nın maşınları 3 sürücüyə dayanma-durmaya görə cərimə yazdığı üçün heç kim burada dayanmır”.
Etiraz etmədim və Avtovağzalda düşərək 10 kilometrdən çox yolu geriyə, Lökbatana qayıtdım. Beynimdə yol boyu belə bir sual dolaşırdı: Lökbatan dairəsində dayanma-durma haqlı olaraq qadağan edilib. Çünki şəhərdaxili avtobusların yerini taksilər tutduğu üçün əməlli-başlı problem olurdu. Lakin rayondan gələn avtobuslar dairədən təxminən 100-150 metr geridə dayanır və bu da hərəkətə heç bir maneə törətmir. Bir rayon avtobusunun dayanıb sərnişin düşürməsinə sərf edilən vaxt heç 5 dəqiqəyə çatmır. Amma Bakıya avtobusla gələnlərin təxminən 30 faizi Lökbatan dairəsində düşür. Səbəb aydındır: ticarət mərkəzlərinə, Lökbatana, Səbailə, Azneft və 28 May ərazisinə buradan ya piyada, ya da cəmi 1 avtobusla rahat getmək mümkündür. Avtovağzaldan Səbailə gəlmək üçünsə metroda 2 dəfə qatar dəyişmək, sonra isə avtobusla yola davam etmək lazımdır. Digər tərəfdən, Lökbatan dairəsindən Şıx qəsəbəsinə avtobusla uzağı 15 dəqiqəyə getmək mümkündürsə, Avtovağzaldan qayıtmağa azı 1 saat tələb olunur.
Bəs rayon avtobuslarına dayanma-durma qadağası tətbiq edənlər bu addımla hansı fəsad yaradırlar?
Əvvəla, vətəndaş narazı salınır, əlavə xərcə düşür. Ən əsası, avtovağzala gələn hər bir artıq sərnişin bu ərazidə ictimai nəqliyyatın əlavə yüklənməsi demədir. Əl baqajı olan sərnişinlərin taksiyə tələbatı artdığı üçün ərazidə tıxac da intensivləşir. Binə ticarət mərkəzinə, yaxud Lökbatana gedən şəxsi şəhərin içinə aparıb sonra da geriyə qayıtmağa vadar etmək hansı təfəkkürün məhsuludur?
Bu qərarda niyyətin nə olduğunu bilməsəm də, bir şey məlumdur: qadağa həm tıxacları artırır, həm də Bakının ekoloji vəziyyətini pisləşdirir.
Vüqar
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












