"London taksiləri"ndə gedişhaqqı bahalaşdı

Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşıb. Avtosfer.az baku.ws-yə istinadən bildirir ki, paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna görə fərqlənir. Əgər əvvəllər "London taksisi"nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır. Sərnişin 3 manat ödəməklə "London taksisi"lə 3 kilometrədək gedə bilər. Bu məsafəni qət etdikdən sonra isə sərnişin ödənişi adi qaydada, 10 kilometr üçün 70, sonrakı 10 km üçün 40 qəpik ödəməli olacaq.
Bu, həm sərnişinlərə daha rahat və komfortlu xidmət göstərilməsi, həm də "London taksiləri"nə çəkilən xərci ödəmək üçün əlverişlidir. Həmin taksilər Bakı-Taksi-Xidmətinə aiddir.
"Əgər əvvəllər taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3 manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər. Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də gətiriləcək", - deyə bildirilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












