“Lotu Quli”nin məzarı üstündə atışma olub: Ölən var - FOTO

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insident baş verib.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı - Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.
Nəticədə tərəflərdən biri 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.
Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib.
Polislər hadisə ilə əlaqədar şübhəli bilinən daha üç nəfəri saxlayıb.
İnsidentlə əlaqədar araşdırma davam etdirilir.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












