Maduronu evindən çıxarıb ABŞ-yə aparan “Delta” barədə maraqlı faktlar

Venesuela Prezidenti Nikolas Maduro və xanımının ABŞ tərəfindən ələ keçirilməsi dünya mətbuatının gündəmini zəbt edib. Bu əməliyyatı isə ABŞ-nin “Delta” xüsusi təyinatlı qüvvələri aparıb.
Avtosfer.az xəbər verir ki, "Teleqraf" bu məqamda Maduro və xanımını yataq otağından çıxararaq ABŞ-yə aparan “Delta” barədə bir sıra maraqlı məqamları təqdim edir.
Rəsmi adı "1st Special Forces Operational Detachment-Delta" (1st SFOD-D) olan bu birlik ABŞ Ordusunun xüsusi əməliyyatlar komandasına məxsusdur.
“Delta” qeyri-adi təhlükəli və yüksək səviyyəli əməliyyatlar üçün yetişdirilib. Bu birlik terrorçuluqla mübarizədə, yüksək hədəflərin tutulması, girov götürmə və ya azad etmə əməliyyatlarında iştirak edir.
“Delta” daha əvvəl də müxtəlif yüksək səviyyəli əməliyyatlarda rol alıb, o cümlədən 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi əməliyyatında iştirak edib.
Bu, dünyada nadir hallarda baş verən bir hadisədir — başqa ölkənin hazırkı dövlət başçısını xüsusi qüvvələrlə ələ keçirmək.
“Delta”ya üzvlərin seçimi çox məhdud və yüksək səviyyəli olur. Bu qrupa kənardan və ya mülki şəxs kimi daxil olmaq mümkün deyil. Namizədlər adətən ABŞ Ordusunda xidmət edən, xüsusilə xüsusi təyinatlı, desantçı və ya elit bölmələrdə olan hərbçilər olur.
Onlar isə “Delta”ya dəvət əsasında cəlb olunurlar. Yəni, “elan görüb yazılmaq” kimi bir proses yoxdur.
Seçimlər aylarla davam edə bilər və fiziki dözümlülük, psixoloji davamlılıq, zəka və məntiqə.üstünlük verilir.
Maraqlıdır ki, bəzən fiziki olaraq ən güclü olanlar yox, ən sakit və düşünərək hərəkət edənlər seçilir.
Seçilən az sayda namizəd çox uzun və gizli təlimə başlayır. Bu mərhələdə də xeyli adam ələnir. Minlərlə hərbçi arasından çox az adam sonda “Delta” üzvü olur.
Bölmənin real say tərkibi rəsmi olaraq açıqlanmır.
“Delta” JSOC-a ( Joint Special Operations Command) ABŞ-nin ən məxfi və elit xüsusi əməliyyat komandanlığı tabedir. Əməliyyatlar zamanl ABŞ prezidenti, müdafiə naziri və ya Milli Təhlükəsizlik strukturları birbaşa tapşırıq verə bilər.
“Delta” üzvlərinin maaşı xidmət ili və rütbələrə görə dəyişir. Bu, 45 000 - 150 000 min dollarl aylıq maaş deməkdir.
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO










