Mağazada satıcı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən ərzaq mağazasında soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, həmin obyektdə satıcı işləyən qadın polisə müraciət edib ki, naməlum şəxs mağazada soyuducunun üzərində olan ona məxsus 220 manat pulu götürərək qaçmaq istəyib. Satıcı bunu gördükdə isə həmin şəxs onu itələyərək oradan uzaqlaşıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi (OB) və Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkar olunub.
Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











