Magistral yolda maşını işıqsız sürdü, ağır qəza baş verdi - FOTO

Dünən gecə saatlarında Bakının Maştağa qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib APA-nın verdiyi xəbərə görə, hadisə Məmmədyarov dairəsində qeydə alınıb. 34 yaşlı Telman Səfərov idarə etdiyi «BYD» markalı avtomobillə qəsəbədəki ara yoldan magistrala çıxmaq istəyərkən, Maştağadan Buzovna istiqamətində hərəkətdə olan Elxan Cuvarovun idarə etdiyi «VAZ-2106» markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza nəticəsində BYD-nın sürücüsü xəsarət almasada, VAZ-2106-da olan sürücü 25 yaşlı Elxan Cuvarov və sərnişinləri – 26 yaşlı Orxan Məlikov, onun həmyaşıdı Mahmud Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanaya aparılıb. Hadisənin səbəbinə gəlincə, BYD-nın sürücüsü Telman Səfərov bildirib ki, VAZ-2106-nın sürücüsü avtomobili magistral yolda işıqsız idarə etdiyindən, o, avtomobili görməyib. Nəticədə qəza baş verib.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












