Mahnı üstündə kütləvi dava - FOTOLAR

Cəlilabad rayonunun Göytəpə qəsəbəsində kütləvi dava baş verib. Anspress-in verdiyi məlumata görə, Qəsəbə sakini 1990-cı il təvəllüdlü Elçin Əminağa oğlu Tağıyev örüşdən heyvanları evə gətirərkən yolboyu zümzümə edirmiş. Elə bu zaman onun zümzüməsindən qəzəblənən həmkəndliləri Elçinin qarşısını kəsərək onunla mübahisə ediblər. Sonradan gənclər arasındakı mübahisə kütləvi davaya çevrilib. Elçinin bir neçə şəxs tərfindən döyüldüyünü görən yaxınları Camal Ağayev və Amil Bəşirov da hadisə yerinə gəliblər. Lakin onlar da həmin şəxslərin hücumuna məruz qalıb. Müxtəlif növ küt alətlərlə döyülən gənclərə Cəlilabad Mərkəzi rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, tərəflər arasında əvvəllər də ədavətin olduğu deyilir. Baş vermiş faktla bağlı Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO













