Mal-qara daşıyan maşınlara qarşı reyd keçirildi

Kürdəmirdə iri və xırdabuynuzlu heyvanların müşaiyyətedici baytarlıq sənədi olmadan rayon daxilində və tranzit olaraq daşınmasının qarşısını almaq məqsədilə reyd keçirilib. APA TV-nin məlumatına görə, Kürdəmir rayon Baytarlıq İdarəsinin və Kürdəmir rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı mal-qaranı satış üçün heyvan bazarına aparan yük maşınları saxlanılaraq, yoxlamalara cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin müvafiq əmrləri ilə yerlərdə baytarlıq fəaliyyətini gücləndirmək məqsədilə keçirilən maarifləndirmə və nəzarət xarakterli reyd zamanı 30-a yaxın yük avtomobili saxlanılıb, heyvanlar baytar həkimlər tərəfindən kliniki baxışdan keçirilib, sürücülərə və mal-qara sahiblərinə tətbiq edilən yeniliklər barədə məlumat verilib, onlar müvafiq dövlət rüsumlarını ödəməklə müşaiyyətedici baytarlıq şəhadətnaməsi əldə ediblər. Reyd zamanı müvafiq baytarlıq sənədi olmadan mal-qaranın daşınması ilə məşğul olan şəxslər 20 manatdan 25 manatadək cərimələnib. Reydin keçirilməsində əsas məqsəd müşaiyyətedici baytarlıq sənədi olmadan heyvanların rayon daxili və tranzit danışmasının qarşısını almaq və bu yolla mal-qara arasında epizotik duruma nəzarəti gücləndirmək, müxtəlif yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır. Reyd zamanı mal-qara daşıyan bəzi yük avtomobillərinin sürücüləri polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, qaçmağa cəhd göstərsə də, bunun qarşısı alınıb. Bəzi sürücülərin daşıdığı heyvanların müvafiq baytarlıq sənədinin olmaması ilə yanaşı özlərinin sürücülük vəsiqəsinin və digər lazımi sənədlərinin olmadığı aşkarlanıb, onlar barəsində polis əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb. Reydin gedişində sürücülərlə baytarlıq xidməti əməkdaşları arasında mübahisələr də yaşanıb. Kürdəmir rayon baytarlıq idarəsinin və hüquq-mühafizə orqanlarının keçirdiyi bu reyd respublikada ilk dəfə təşkil olunub. Gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu - RƏSMİ










