"Manatlıq taksi" istifadəçilərinə MÜHÜM XƏBƏR - İyuldan etibarən...

Bakıda fəaliyyət göstərən və “manatlıq taksilər” kimi tanınan nəqliyyat vasitələri şəhər sakinləri arasında geniş istifadə olunur. Ekspertlər və rəsmilər bu nəqliyyat növünü qeyri-qanuni sərnişindaşıma kimi qiymətləndirərək nəzarət tədbirlərini gücləndiriblər. Lakin vətəndaşlar, xüsusilə aztəminatlı ailələr bu cür sərfəli nəqliyyat xidmətinə ehtiyac duyduqlarını bildirir və manatlıq taksilərin saxlanılmasına etiraz edirlər.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin ölkədə istehsal tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəyi ilə bağlı qərarı ötən ilin iyulun 1-dən qüvvəyə minib. Qanun ötən il qüvvəyə minsə də, artıq bir müddətdir Bakıdan Sumqayıt və Abşeron istiqamətinə sərnişindaşıma ilə məşğul olan sürücülərin hələ də sərnişin daşıma ilə məşğul olduğu görünür.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, əgər ictimai nəqliyyat sistemi səmərəli şəkildə işləsəydi, “manatlıq taksilər”ə ehtiyac qalmazdı:
“Masazır, Xırdalan, Sulutəpə – bu kimi ərazilərin elə hissələri var ki, oraya marşrut xətləri fəaliyyət göstərmir. Bəzən isə həmin yerlər o qədər xaotik şəkildə tikilib ki, iri tutumlu avtobuslar bu ərazilərə daxil ola bilmir. Bu səbəbdən həmin qəsəbələrdən paytaxt istiqamətində hərəkət edən sərnişinlər üçün yeganə çıxış yolu qeyri-rəsmi taksilərdən istifadə etmək olur".
Ekspert xüsusilə “20 Yanvar” metrostansiyasının qarşısında yaşanan nəqliyyat sıxlığına toxunaraq deyib:
“'20 Yanvar' körpüsünün altı sanki bazara çevrilib. Həmin ərazilərdə sərnişinlər düşürülür və taksilər geri qayıdır. Baxırsan ki, '20 Yanvar' dairəsinin ortasında insanlar topa halda gəzir. Çünki manatlıq taksilər onları Ceyranbatan, Sumqayıt, Masazır və digər ərazilərdən gətirib orada düşürür”.
O qeyd edib ki, bu vəziyyət ictimai nəqliyyatın problemindən qaynaqlanır və problemin səbəbi yox, nəticəsi “manatlıq taksilər”dir:
“Əgər bu nəqliyyat vasitələri olmasa, insanlar yolda qalacaq. Deməli, bu – marşrut çatışmazlığının, nəqliyyat planlamasının düzgün aparılmamasının nəticəsidir. Belə olan halda, həmin ərazilərdə manatlıq taksilər üçün hüquqi və texniki şərait yaradılmalıdır”.(news24.az)
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ
Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT
Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?
Bu yollarda tıxac var - SİYAHI
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq










