“Manatlıq”ların sonu gəlir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gündən başlayaraq “20 Yanvar” metrostansiyasından Sumqayıta və geriyə 594 saylı avtobus işləyəcək. Avtobuslar arasında interval 8 dəqiqə nəzərdə tutulub. Yeni açılan ekspres avtobus xətti üzrə gediş haqqı 80 qəpikdir.
İlk avtobus Bakıdan 06:20-də, Sumqayıtdan isə 05:50-də çıxacaq. Avtobuslar yolüstü yalnız Ceyranbatanda və Sumqayıtın girişindəki “Bağça şəhər”də dayanacaq.
Təbii ki, AYNA-nın bu qərarı sərnişinlər tərəfindən məmnunluqla qarşılanıb.
Bəs yeni marşrutun yaradılması tıxaclara necə təsir edəcək?
Mövzu ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, istənilən layihənin iqtisadi səmərəsi olmalıdır:
“Bu mənada Bakı-Sumqayıt marşurutu üzrə avtobusların avtovağzaldan-avtovağzala prinsipi iqtisadi cəhətdən effektiv deyildi. Günorta saatlarında avtobuslar bəzən bir-neçə sərnişinlə yola çıxmaq məcburiyyətində qalırdı.
Çünki Bakı Avtovağzal Kompleksinə girməklə həm Bakıya, həm də Sumqayıta getmək sərnişinlər üçün sərfəli deyildi. Ona görə də sərnişinlər avtobuslardansa “manatlıq taksi”lərə daha çox üstünlük verirdilər.
İndi isə vəziyyət dəyişir. İnsanlar əlavə vaxt və vəsait itkisindən azad olacaqlar. Amma xidmətin təşkilindən də çox şey asılıdır.
Əgər “BakuBus” keyfiyyətli xidmət təşkil edə bilsə yəqin ki, ziyandan çıxacaq və rentabelli işləyəcək. Ən əsası sərnişinlərin uzun illər davam edən narazılığı sona çatacaq”.
(bizim.media)
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












