Mantiyasını avtomobilin üzərinə sərən hakimin səlahiyyətlərinə xitam verildi

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib. Avtosfer.az-ın məlumatına görə, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub. Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib. "Gununsesi.info"nun araşdırmasına görə, bu hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub. Bildirilir ki, İlqar Məmmədovun ifşasına səbəb olan bu olayın foto-video görüntüləri məhz Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ötürülüb və bundan sonra onun hakim kimi səlahiyyətlərinə xitam verilib. Məhkəmə-Hüquq Şurasından İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilməsi barədə məlumatı təsdiqləyiblər.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












