Maqnit fırtınaları eşelonu Yerə doğru hərəkət edir - FOTO

Sinoptiklərin və Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Yer Fizikası İnstitutunun alimlərinin proqnozlarına görə, 2025-ci ilin aprel ayı meteohəssas insanlar üçün ən çətin aylardan biri olacaq. Yer maqnit fırtınalarına hazırlaşır, birinci dalğa geofırtınası da artıq aprelin 5-də zərbə endirəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Günəş astronomiyası Laboratoriyası xəbər yayıb.
Bildirilir ki, onun gücü 4-5 bal təşkil edəcək. Bu hadisə zamanı meteoroloji həssas, ürək xəstəliklərindən əziyyət çəkən, yaşlı insanlar və uşaqlar narahatlıq, zəiflik və baş ağrısı hiss edə bilərlər.
Bildirilir ki, geomaqnit aktivliyi səhər vaxtlarında daha güclü olacaq, axşam vəziyyət nisbətən sakit olacaq.
Maqnit fırtınası zamanı həssas insanlar nə etməlidir?
Özünüzü həddindən artıq yormayın. Ağır fiziki işdən, ciddi idman məşğələlərindən, hər cür güc məşqlərindən və yüklənmələrdən çəkinin.
Sakitliyi qorumağa və münaqişəli vəziyyətlərdən qaçmağa çalışın. Stress maqnit fırtınasının mənfi təsirini gücləndirə bilər.
Həddindən artıq yeməyin. Fastfuddan, ağır qidalardan, duzlu, şirin, yağlı, hisə verilmiş qidalardan, ümumiyyətlə, elə də faydalı olmayan hər şeydən imtina edin. Tünd qəhvə və çay, qazlı içkilər və enerji içkiləri, alkoqollu içkilər və siqaretlərdən çəkinin.
Dehidratasiyadan qaçmaq üçün kifayət qədər təmiz su için. Bədənin susuzlaşması simptomları ağırlaşdıra bilər.
Təmiz havada olun.
Daha çox yatın və istirahət edin. Tam dəyərli yuxu - maqnit fırtınaları günlərində sağlamlığın və yaxşı əhval-ruhiyyənin təminatıdır.

Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












