Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO

Paytaxtda sahibkarların qanunazidd əməlləri o qədər çoxdur ki, vətəndaşlar bu gün artıq bu hərəkətlərin qaydalara uyğun olduğunu düşünür. Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sahibkarın özbaşınalığı ərazidən istifadə edən vətəndaşların narazılığına səbəb olub.
Belə ki, rayonun 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən “Zəfər” adlı market səkini su soyuducularının podiumuna çevirib. Obyektin küçədə yaratdığı vəziyyətin fotoları sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. Fotoya rəy bildirən şəxslər deyir ki, şəhərin əksər parklarında, küçə və prospektlərində marketlərin, ticarət köşlərinin soyuducularla belə səki zəbtlərini görmək mümkündür. Əsasən dayanacaqlara yaxın ərazilərə yerləşdirilən belə obyektlər soyuducuları səkiyə elə düzür ki, dayanacağa yaxınlaşmaq üçün vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə irəliləməli olurlar. Bu cür vəziyyət “Memar Əcəmi” metro stansiyası həndəvərində daha çox yayılıb.

Rəylərdə bildirilir ki, Hüseynbala Əliyev küçəsindəki “Zəfər” market isə öz loqosuna ölkə başçısının “dəmir yumruq” işarəsini əlavə dərrək vergidən yayınmağa da çalışır.

Vətəndaşlar aidiyyəti qurumların belə qanunsuzluqların qarşısını tezliklə alınmasını xahiş edir.
Səfər
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












