Marşrut xətlərində edilmiş dəyişikliklə bağlı – RƏSMİ AÇIQLAMA
Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.
Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Oxu.Az-a verdiyi məlumata görə, buna səbəb “Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlamasıdır.
1 saylı marşrut avtobusunun hərəkət cədvəli:
“Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – “28 May” metro stansiyası istiqamətində olacaq.
Məlumata əsasən, 100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilib.
Hərəkət cədvəlində dəyişiklik edilən digər avtobusların siyahısnı və marşrutunu təqdim edirik:
11 nömrəli marşrutun əvvəlki xətti:
Sadıqcan küçəsi. – “H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son)
Yeni xətlə:
“H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – “Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.
38 nömrəli marşrutun əvvəlki xətti:
Keşlə qəs. – H.Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç. – “N.Nərimanov” metro st. – F.Xoyski küç. – S.Vurğun küç.
Yeni xətlə:
Keşlə qəs. – H.Əliyev pr. – “Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – “Ulduz” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.
136 nömrəli marşrutun əvvəlki xətti:
S.Vurğun bağı – Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi. – Şüvəlan Şimal DRESS
Yeni xətlə:
“Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.
184 nömrəli marşrutun əvvəlki xətti:
Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Həsənoğlu küç. – “N.Nərimanov” metro st.
Yeni xətlə:
Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro stansiyası da daxil olmaqla əvəz olunub.
Dəyişiklik 1 sentyabr 2015-ci ildən qüvvəyə minir.