Masazırda iki piyadanı vurub qaçan sürücü tutuldu

Abşeron polisi iki gün əvvəl piyadaları vurub qaçmış sürücünü saxlayıb. Hadisə Masazır qəsəbəsində baş verib. Avtosfer.az-ın APA TV-ya istinadən xəbərinə görə, naməlum avtomobil Toğrul Vəkil oğlu Novruzov və Asim Ataman oğlu Nağıyevi vurub.
Avtomobilin sürücüsü hadisə yerindən qaçsa da, onlara oradan keçən xanım sürücü kömək edib. Xəstəxanaya çatdırılan yaralıların həyatı xilas edilib. Hadisəni törədən şəxs isə tez bir zamanda Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona məxsus "Ford" markalı minik avtomobili də cərimə meydançasına yerləşdirilib. Saxlanılan 48 yaşlı Şəfayət Cahangir oğlu Məmmədəliyev istintaqa ifadəsində əməlini etiraf edib. İndiyədək başına belə hadisənin gəlmədiyini bildirən Şəfayət Məmmədəliyev qorxduğu üçün hadisə yerindən qaçdığını deyib: "Birdən-birə maşının qabağına çıxdılar. Maşını saxlaya bilmədim. Oğlan şüşəyə dəydi, sol tərəfə düşdü. Gördüm ki, sonra ayağa durdu. Bir az irəlidə dayandım. Sonra, lənət şeytana, necə oldusa getdim".
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB










