Masazırda təhlükəli vəziyyət: "Azərsu" yolu qazıb, düzəldən yoxdur - VİDEO

Abşeron rayonunda yol aylardır təmirsiz vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt şossesinin Abşeron rayonu Masazır qəsəbəsi ərazisindən keçən hissəsində aparılan su borularının təmir işlərindən sonra yaranan çökmədən şikayətlənən sürücü yolun vəziyyətini çəkərək redaksiyamıza göndərib.
Sürücünün bildirdiyinə görə, videonu may ayının 26-sı çəkib və iyulun 25-i ərazidən təkrar keçərkən eyni halla rastlaşıb. O, həmçinin qeyd edib ki, ərazinin işıqlandırılmasında da problemlər olduğuna görə, gecə yola bələd olmayan sürücülərdən hansısa yolun çökən hissəsinə düşsə ətrafdakı avtoservislərə məxsus nəqliyyat vasitələrinə çırpılmaqdan xilas ola bilməyəcək.
Üstəlik, çökmüş hissə ilə bağlı xəbərdaredici hər hansı yol nişanı qoymaq əvəzinə, 2 avtomobil şinini üst-üstə qoymaqla kifayətləniblər.
Sürücü aidiyyatı qurumların problemin tezliklə həlli istiqamətində addımlar atmasını gözlədiyini deyib.
Səfər Əlizadə
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












