Maşın alveri buna görə "ölüb"

Azərbaycanda avtomobil bazarında alıcılıq qabiliyyəti son aylarda xeyli zəifləyib. Bazara həm satış, həm də alış məqsədilə gələnlərin sayı azalıb. Satıcılar da, alıcılar da artıq bazarı əvvəlki kimi güvənli məkan saymır. Səbəb isə, ilk baxışdan ucuz qiymətləri ilə cazibədar görünən, lakin alıcıları aldatmağa yönəlmiş saxta elanlardır.
Əvvəllər bazardakı durğunluq Çindən gətirilən avtomobillərlə əlaqələndirilirdi. Avtomobil gətirtməyin asanlaşması nəticəsində insanlar bazara getmək əvəzinə birbaşa xaricdən maşın sifariş etməyə üstünlük verirdi. Ancaq hazırda əsas problem sosial şəbəkələrdə yayılan saxta elanlardır. "Əlimyandı", "çekpot" kimi başlıqlarla paylaşılan bu elanlar real bazar qiymətindən 6-7 min manat aşağı rəqəmlərlə alıcıları aldadır və bazara inamı azaldır.
Gecə saatlarında "təcili" adı ilə paylaşılmış bəzi elanlar alıcılarda təlaş yaradaraq onları tələsik qərar verməyə vadar edir. Alıcılar avtomobili texniki baxışdan keçirməyə belə imkan tapmadan, başqası tərəfindən alına biləcəyi qorxusu ilə hərəkət edirlər. Bu psixoloji oyunlardan istifadə edən satıcılar, avtomobili olduğundan daha baha satmağa nail olurlar.
Ekspertlər bildirirlər ki, ucuz qiymət görən kimi sevincə qapılmaq əvəzinə, ehtiyatlı davranmaq lazımdır. Çünki bəzi satıcılar avtomobili müvəqqəti kosmetik təmirə cəlb edərək nasazlıqları gizlədirlər. Alıcı isə avtomobili qısa məsafədə sınaqdan keçirərək hər şeyin qaydasında olduğunu düşünür. Lakin bir neçə gündən sonra mühərrik, sürətlər qutusu və ya elektron sistemlərlə bağlı problemlər üzə çıxır. Belə hallarda məsuliyyət tamamilə alıcının üzərində qalır, çünki bu cür satışlar əksər hallarda qeyri-rəsmi qaydada baş tutur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, real dəyərindən çox aşağı qiymətə təklif olunan avtomobillər, çox zaman texniki və ya hüquqi problemi olan nəqliyyat vasitələridir. Belə avtomobillərdən mümkün qədər uzaq durmaq, qərar verərkən texniki ekspertiza və hüquqi araşdırma aparmaq tövsiyə olunur. Əks halda, bir gecə "şans"ı sabah həyatınızı çətinləşdirə bilər.(milli.az)
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










