Maşın işıq dirəyinə dəydi, 2 min nəfər qaranlıqda qaldı

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Sentyabrın 8-də saat 21.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Şağlaser kəndindən keçən hissəsində Lənkəran şəhər sakini, 1955-ci il təvəllüdlü Aydın Qurban oğlu Səlimovun idarə etdiyi “VAZ-21074” markalı, 07 BD 366 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirib və yolun kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb. Xəsarət alan olmasa da, güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb.
Sürücünün sözlərinə görə, qarşı tərəfdən hərəkətdə olan minik avtomobili birbaşa onun üstünə gəldiyindən maşınını qaçıraraq yolun kənarına verib. Nəticədə isə yol qəza hadisəsi törənib.
Qeyd edək ki, elektrik dirəyinin aşması səbəbindən 3 yaşayış məntəqəsinin 2000-dən çox abonenti 25-30 dəqiqə müddətinə işıqsız qalıb. Rayon Elektrik Şəbəkəsi əməkdaşlarının operativ müdaxiləsindən sonra evlərə elektrik enerjisinin verilişi bərpa olunub. Faktla bağlı araşdırma aparılır. APA
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












