Maşını bu vəziyyətdə idarə etsəniz 40 manat cərimələnəcəksiniz - Sürücülərin diqqətinə

Qarlı və yağışlı havalarda avtomobillərin palçıq içində olması sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdəndir.
Bəs belə hallarda sürücülərə cərimə tətbiq oluna bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Konkret.az"a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, qanunvericilikdə avtomobilin sadəcə çirkli olmasına görə cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qarlı və ya yağışlı havada avtomobildən palçığın yerə düşməsi yol hərəkət hissəsini çirkləndirmirsə, bu hal inzibati məsuliyyət yaratmır. Hüquqşünasın sözlərinə görə, yalnız bir istisna mövcuddur. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanları palçıq səbəbindən oxunmaz vəziyyətdə olarsa, bu artıq inzibati xəta sayılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, nömrə nişanlarının görünməməsinə görə sürücüyə 40 manat məbləğində cərimə tətbiq oluna bilər. Beləliklə, avtomobilin qarlı havada palçıqlı olması cərimə üçün əsas deyil, lakin nömrə nişanlarının aydın görünməsi sürücülər üçün mütləq şərtdir.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












