Maşını müfəttişin üzərinə sürdülər - VİDEO

Şamaxıda qanunsuz sərnişindaşımaya qarşı reyd keçirib. Reyd zamanı bir sıra qayda pozuntusuna rast gəlinib. Şamaxıda keçirilən reyd zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini sənədsiz idarə etməsi məlum olub. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şamaxı Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı bir sıra qayda pozuntusu aşkar edilib.
Qayda pozuntusuna yol verən 16 sürücü cəzalandırılıb. Bunlardan bir qismi yerindəcə cərimələnib, bir neçə avtomobil cərimə meydançasına aparılıb. Bəzi sürücülər vəzifəsini yerinə yetirən məmurlarla mübahisə etməkdən çəkinməyib. Elələləri də olub ki, göz görə-görə sərnişin daşımadadığını iddia edib.
Reyd zamanı həyacanlı anların da şahidi olduq. Saxla əmrinə tabe olmayan sürücülərdən biri avtomobili müfəttişlərin üzərinə sürməkdən çəkinməyib. Cəzaya qarşı daha aqressiv reaksiya verən bəzi sürücülər isə reyd işıqlandırmaq üçün ərazidə çəkiliş aparan əməkdaşlarımıza mane olmağa çalışıb. Belə reydlərin davamlı surətdə aparılacağı nəzərdə tutulur.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












