Maşınistin başı betona dəydi və öldü

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçinin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat yayıb. avtosfer.az-ın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, aprelin 4-də “Neftqaztikinti” trestinin 1 saylı Tikinti quraşdırma idarəsinin işçiləri Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 566 saylı estakadasının yanındakı meydançadan sualtı elektrik kabelini “Qaradağ-10” gəmisinin yedəyinə qoşulmuş kabeldüzən kirjimin üzərinə yığaraq təmir etmək məqsədilə Sahil qəsəbəsindəki yanalma körpüsünə yaxınlaşan zaman bədbəxt hadisə baş verib. Belə ki, gəminin sahil bosmanı tərəfindən kirjim meydançaya bağlanmamış, pilləkən verilməmiş, təhlükəsizlik tələblərinə tam əməl olunmamış həmin idarənin daxili yanma mühərriklərinin maşinisti, 1965-ci il təvəllüdlü Kazımov Mais Qasım oğlu kirjimin körpüyə tam yaxınlaşmasını gözləmədən meydançaya tullanarkən başı betona dəyib və kirjimlə yanalma meydançası arasında qalaraq xəsarətalıb. Mais Kazımov aldığı xəsarətdən dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












