Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - VİDEO

Bu gün günorta saatlarından etibarən “28 Mall” ticarət mərkəzinin parkinq çıxışında böyük tıxac yaranıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sürücülər sosial şəbəkədə paylaşım ediblər.
Qeyd olunur ki, təxminən 3 saata yaxın müddətdə ticarət mərkəzinin dayanacağından çıxmaq mümkün olmayıb:
“Saat 14:45-dən davam edən tıxac. Havasız parkinq. Hamilə qadından tutmuş yaşlı insanlara qədər hamı dayanıb, “28 Mall”dan çıxış etmək mümkün deyil”.
Vətəndaşlar tıxacın alış-veriş mərkəzinin yaxınlığında su borusunun partlaması ilə əlaqələndirirlər.
Yaranmış problemlə bağlı “28 Mall”la əlaqə saxladıq. Ticarət Mərkəzindən bildirildi ki, sözügedən problem daxili deyil, küçədə yaranan tıxacla əlaqədardır:
“Ona görə də biz heç bir tənzimləmə apara bilmirik”.
“Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin saatlarında ticarət mərkəzinin yerləşdiyi küçədən keçən su borusunda qəza olub. Qurum əməkdaşları qəzanın fəsadlarının aradan qaldırılması üçün texnikalarla əraziyə cəlb olunub. Sıxlığın bundan qaynaqlandığı bildirilir.


Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












