MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

MDB iştirakçısı olan dövlətlərin dəmir yolu administrasiyalarının nəqliyyat departamentləri rəhbərlərinin şəbəkə iclası keçirilib
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, iclasda Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Özbəkistan Respublikası, Gürcüstan, Ermənistan Respublikasının dəmir yolu administrasiyalarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasın yekunları üzrə bütün dəmir yolu idarələri tərəfindən qərarlar qəbul edilib. Bu qərarlara təsdiq edilmiş qatar cədvəlinə əməl olunmasını təmin etmək, yük qatarlarının formalaşdırılması üzrə beynəlxalq plana uyğun olaraq 2024/2025-ci illər üçün beynəlxalq ixtisaslaşdırılmış qatarlardan istifadə, dəmir yolu idarələri tərəfindən müəyyən edilmiş standartların yerinə yetirilməsi üçün tədbirlər görmək, artan çəki və uzunluqlu yük qatarlarının sayını artırmaq, yük qatarlarının dövlətlərarası qovşaqlara gözlənilən gəlişi və qatarların işinin razılaşdırılmış növbə-gündəlik planının yerinə yetirilməsi barədə məlumatın obyektiv və vaxtında verilməsinə nail olmaq məsələləri daxildir.
Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, Gürcüstanın, Latviya Respublikasının, Litva Respublikasının və Estoniya Respublikasının dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasının planlaşdırılması Qaydasına uyğun olaraq, birləşdirilmiş daşıma planları layihələrinin təhvil verilməsi müddətlərinə riayət olunması da qərara alınıb.
Bununla yanaşı, bütün texnoloji standartların, o cümlədən qatar kompozisiyalarının emalı standartlarının, lokomotivlərin və lokomotiv heyətlərinin dövriyyəsinin əlaqələndirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi üzrə tədbirlər görüləcək. İşçi qrupu innovativ vaqonların istismarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanlarını da nəzərdən keçirəcək.
İclasda, həmçinin II Dünya müharibəsi illərində dəmiryolçuların qəhrəmanlığı haqqında nəqliyyat müəssisələri rəhbərlərinin çıxışları dinlənilib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












