Məcburi köçkünləri də Bakıya buraxmadılar - FOTO

Bu gün səhər saatlarından başlayaraq Bakının Badamdar istiqamətindən məcburi köçkün rayonlarına qeydiyyatda olan maşınların şəhərə buraxılmasına icazə verilmir. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya həmin ərazidə olan sürücülər məlumat verib. Onlar bildirib ki, işğal vaxtından Bakıda məskunlaşan, müvəqəti qeydiyyatı Bakı və Abşeron rayonuna olan məcburi köçkün rayonlarının dövlət nömrə nişanını daşıyan maşınlar paytaxta buraxılmır. Yol patrul xidmətinin əməkdaşları bildirib ki, əgər həmin sürücülər şəhərə daxil olamq istəyirlərsə, o zaman müəqqəti qeydiyyatda olduqları rayonun Yol Polis İdarəsindən müfaviq arayış almalı və hər dəfə şəhərə daxil olarkən həmin arayışı polisə təqdim etməlidirlər.
Baş Dövlət YPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə məsələ ilə bağlı bildirib ki, məcburi köçkün Bakı şəhərində qeydiyyatdadırsa, onun şəxsi avtomobillə paytaxta daxil olmasına qadağa qoyulmur. Əgər məcburi köçkünün Bakı şəhərində qeydiyyatı yoxdursa, məlum qadağa onlara da şamil olunur: «Bizdə bütün vətəndaşların harada qeydiyyatda olması ilə bağlı sistemdə məlumatlar var. Polis əməkdaşı sistemə baxıb bunu müəyyənləşdirə bilir. O cümlədən məcburi köçkünlər barədə də bütün məlumatlar sistemdə əks olunub».
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar














