Media nümayəndələri üçün ekstremal şəraitdə sürücülük təlimi keçirilib - FOTOLAR

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərində bir həftə yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, iyulun 7-də media nümayəndələri üçün nəqliyyat vasitələrinin təhlükəsizliyi və ekstremal şəraitdə sürücülük təlimi keçirilib. Belə ki, təlim riskli sürüşmə vəziyyətlərində düzgün reaksiyaların verilməsi, ani və fərqli situasiyalarda baş verə biləcək neqativ halların qarşısının alınması dərslərindən, habelə sürücü bacarıqlarını inkişaf etdirməyə, media nümayəndələrinin istifadə etdikləri nəqliyyat vasitələrini daha yaxşı idarəetməyə imkan verən üsullardan ibarət olub. Media nümayəndələri, həmçinin dərsdə təlim maşınlarından istifadə edərək hərəkət həddini və dinamikasını öyrənib, sürüşkən, ani maneələrin olduğu yollarda avtomobilləri sürərək qarşıya qoyulan tapşırıqları icra ediblər.
Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərə 4 nəfər media nümayəndəsi, o cümlədən “Azərtac”ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb. Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.
Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.



Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










