“Media savadlılığı” Həftəsi - Könüllülər üzrə məsul şəxslər üçün təlim keçilib - FOTO

Dekabrın 16-22-ni əhatə edən “Media Savadlılığı” Həftəsi çərçivəsində könüllülər üzrə məsul şəxslər üçün “Media savadlılığı” mövzusunda təlim keçilib.
Medianın İnkişafı Agentliyindən Avtosfer.az-a bildiriblər ki, Türkiyənin Radio və Televiziya Ali Şurasının Strateji inkişaf departamentinin rəhbəri Feyza Gizligider tərəfindən keçirilən təlimdə media savadlılığının əhəmiyyəti və onun cəmiyyətin inkişafında rolu barədə danışılıb, saxta xəbərlərin yayılmasının qarşısının alınması və rəqəmsal platformalarda informasiyanın düzgün təhlili məsələləri real nümunələrlə praktiki şəkildə izah olunub, iştirakçılarla ətraflı fikir mübadiləsi aparılıb.
Təlimin məqsədi iştirakçıların tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, onlarda media savadlılığı ilə bağlı fərqindəliyin artırılması, dezinformasiyaya qarşı mübarizədə və rəqəmsal media mühitində məlumat təhlükəsizliyinin təminində onların potensialından istifadə olunmasıdır.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.







Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










