Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirilib - FOTO

Yanvarın 14-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirilib.
Agentlikdən Avtosfer.az-a bildirilib ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin keçən il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin, kommunikasiyaya məsul şəxslərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı, COP29 çərçivəsində Agentlik tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verilib, Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb.
Daha sonra Agentliyin maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə məlumat verib, Şura üzvləri Agentliyin 2025-ci il üzrə nəzərdə tutulmuş büdcə daxilində vəsaitin bölgüsünü qənaətbəxş hesab ediblər.
Bundan əlavə, müzakirələr zamanı media sahəsinin inkişafını dəstəkləyəcək strateji layihələr, innovativ yanaşmaların təşviqi və resursların səmərəli bölüşdürülməsi məsələləri nəzərdən keçirilib, fikir mübadiləsi aparılıb.






Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












