Məhkəmə jurnalistin başına oyun açdı - Tural Museyibov Prezidentə müraciət etdi
Gündəm
14 Oktyabr 2020 13:58

Tanınmış jurnalist Tural Museyibov və ailə üzvləri özlərinin xəbəri olmadan yaşadıqları ünvandan qeydiyyatdan çıxarılıb və şəxsiyyət vəsiqələri ləğv olunub. Bu, Yasamal rayon məhkəməsinin hakimi (hazırda Apellyasiya məhkəməsinin hakimi) Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə 2019-cu il aprel ayının 25-i çıxarılan qətnamə ilə reallaşdırılıb.
İddiaçı Əliyev Şahin İsrayıl oğlu Yasamal rayonu 2-ci Alatava qəsəbəsi ev 97 V ünvanında aldığı 1 otaqlı evdə çox sayda pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması barədə şikayət edib.
Hakim də bu alqı-satqının “operativ” reallaşmasına dəstək olaraq cavabdehlərin xəbəri olmadan eyni ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edib. Qətnamənin icrası Yasamal rayon Pasport Qeydiyyatı Şöbəsinə göndərib. Nəticədə baş verənlərdən bixəbər vətəndaşların Şəxsiyyət vəsiqələri qüvvədən salınıb. Bir neçə ay sonra Tural Müseyibov və ailə üzvləri Şəxsiyyət vəsiqəsindən istifadə etmək istəyərkən belə bir hadisənin baş verməsindən xəbərdar olublar.
Tural Müseyibov BakuPost-a açıqlamasında faktı təsdiqləyib. O,bildirib ki, qeydiyyatda olduqları ev 300 kv artıq rəsmi çıxarışlı ata evidir: “Məhkəməyə şikayət edən şəxsin evi isə 1 otaqlıdır və o tamam başqa ərazidədir. Hətta 56 saylı MKİS dən Yasamal məhkəməsinə rəsmi sənəd verilib ki, şikayətçi ilə eyni ünvanda adları çıxan şəxslər ayrı-ayrı mülklərin sahibləridir. Sadəcə Sovet dövründən bu günə qədər ünvan eyni qalıb. Amma hakim cavabdehləri məhkəməyə dəvət etmədən ev alqı-satqısının sürətlənməsinə rəvac vermək üçün bütün mülkiyyətçilərin hüquqlarını pozub. Və bu qanunsuz əməl bizə həm mənəvi, həm də maddi ziyan vurub. Təsəvvür edin ki, təcili bir sənədləşdirmə üçün ASAN xidmətə gedirsən və məlum olur ki, ailə üzvlərimizin heç birinin şəxsiyyət vəsiqəsi yoxdur. Sən demə, aylar əvvəl bizi qeydiyyatdan çıxarırlar, şəxsiyyət vəsiqələrimizi ləğv edirlər, amma sənin bundan xəbərin olmur. Vətəndaşa bu qədər hörmətsizlik, qanunlara bu qədər sayğısızlıq olarmı? Mənim bir qardaşım hərbiçidi, müharibə başlayandan Bakıya gələ bilmir, amma şəxsiyyət vəsiqəsi vacib lazımdı. Bu, məsuliyyətsiz, haramxor adamların hesabına çətinliklər problemlə üzləşib”.
Tural Museyibov bildirib ki, hüquqlarının kobudcasına pozulmasına və məcbur olaraq yenidən şəxsiyyət vəsiqələrini bərpası üçün həyata keçirməli olduqları, amma reallaşdıra bilmədikləri işlərə, yersiz qarşılaşdıqları maliyyə itkilərinə görə qanunsuzluq edən vəzifəli şəxslər barədə aidiyyəti qurumlara müraciət edib: “Mən həmin hakimin və prosesdə iştirakçı olan digər vəzifəli şəxslərin qanun qarşısında cavab vermələri üçün şəxsən cənab Preziden İlham Əliyevə və hüquq-mühafizə orqanlarına, Məhkəmə Hüquq Şurasına müraciət etdim. Hakim hamının iştirakı ilə məhkəmə keçirsəydi, görəcəkdi, hər kəsin ayrı-ayrı “kupçalı” evi var. O zaman Dövlət Reyestr Xidmətinə məktub verəcəkdi ki, ünvanları dəyişin, camaat əziyyət çəkməsin. Amma hakim bunu etməyib, pul aldığına görə, müştəri haqqında tez-bazar qətnamə qəbul etməklə onun könlünü xoş edib, başqa sakinləri isə şəxsiyyət vəsiqəsiz qoyub”.
Oxunub : 2906
DİGƏR XƏBƏRLƏR
1 Sentyabr 2026 15:11
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
1 Sentyabr 2026 14:11
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
1 Sentyabr 2026 12:48
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
1 Sentyabr 2026 11:48
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
1 Sentyabr 2026 11:30
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
1 Sentyabr 2026 11:00
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
1 Sentyabr 2026 09:23
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
1 Sentyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
31 Avqust 2026 21:34
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
31 Avqust 2026 20:41
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
31 Avqust 2026 18:59
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
31 Avqust 2026 17:46
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
ŞƏRH YAZ










