Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib

Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov M. Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə humanitar yardımlar proqramının icra edildiyini qeyd edərək, Fondun, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib. Daha sonra səfir Heydər Əliyev Fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr verib, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı təqdim edib. Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz çıxışlarında Azərbaycanın birinci xanımının göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildiriblər. R. X. Mustafa M. Əliyevanın kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin, həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu qeyd edib.
Ş.Riaz çıxışında Ancuman Süleymaniyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, 100-dən çox sakini olan kimsəsizlər evində uşaqlar, yaşamaqla yanaşı müasir standartlara cavab verən təhsil alır, zəruri tibbi yardım ilə təmin edilirlər. Hazırda uşaqlar evində yenidənqurma işlərinin aparıldığını, ərazidə yeni yaşayış və təhsil bloku tikildiyini qeyd edən icraçı direktor, Azərbaycanın birinci xanımın göstərdiyi maliyyə yardımının məhz bu yenidənqurma işlərinə sərf olunacağını bildirib. Daha sonra Ancuman Süleymaniyada məskunlaşmış uşaqlar səhnəciklər nümayiş etdirib, mahnılar oxuyublar. Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaqlar evinin yaşayış və tədris binaları ilə, burada aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonda Pəncab əyalətinin aparıcı media mənsublarına müsahibə verən D. Şikarov Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












