"Məktəb avtobuslarının xidmət haqqı ucuz qoyulsun" - TƏKLİF

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, "Məktəbli avtobusu" layihəsinin qarşıdan gələn tədris ilində həyata keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi paytaxt məktəblərinə gedən uşaqlar üçün yol-nəqliyyat sistemində sıxlığın qarşısını almaqdır.
Məktəbli avtobuslarının fəaliyyətə başlaması, Bakıda tıxacın azalmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı nəqliyyat ekperti İlqar Hüseynli bildirdi ki, bundan dünya praktikasında geniş tətbiq olunur:
"Azərbaycanda özəl tədris mərkəzlərində, liseylərdə bu fəaliyyət həyata keçirilir. Məktəb avtobusları məktəblilərin daşınmasını həyata keçirir. Məsələn, 20 uşağın ayrı-ayrılıqda valideynləri öz şəxsi avtomobilləri ilə onları məktəbə aparır. 20 maşın və 1 avtobus. Əgər valideynlər eqoist düşüncələrini kənara qoysalar və öz övladlarını məktəb avtobuslarına etibar etsələr, bu, əlbəttə ki, tıxacın azalmasında müstəsna rol oynaya bilər".
Ekspert qeyd etdi ki, Bakı şəhərində məktəblərin sayı çoxdur.
"Çox yaxşı olar ki, məktəb avtobuslarının xidmət haqqı ucuz qoyulsun. Əgər dövlət qarşılasa, bu, dövlət məktəblərində daha yaxşı olar. Özəl məktəblərdə də büdcəyə uyğunlaşma olmalıdır. Bütün hər şey nəzərə alınmalıdır", - deyə müsahibimiz bildirdi.(redaktor.az)
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












