“Məktəb ləvazimatlarını tam almamışam, artıq 400 manat çıxıb” - VİDEO

Yeni tədris ilinin başlamasına az müddət qalıb. Valideynlər övladlarını məktəbə hazırlamaq üçün artıq alış-veriş mərkəzlərinə üz tuturlar. Lakin qiymətlərdə müşahidə olunan artım alıcları narahat edir.
Avtosfer.az “ATV Xəbər”ə istinadən xəbər verir ki, satıcılar vəziyyətdən razı olsalar da, valideynlər qiymətlərin ildən-ilə artmasından gileylənirlər.
Satıcıların sözlərinə görə, ötən illə müqayisədə bu il məktəbli ləvazimatlarının qiymətlərində 3-5 manat artım müşahidə olunur. Ən çox bahalaşan məhsullar isə çantalar, rəngli qələmlər və dəftərlərdir:
“Çantaların qiyməti 15-60 manat aralığındadır. Keçən il 20 manata satdığımız çanta bu il 25 manatadır. Rəngli qələmlərin qiyməti isə 1 manatdan başlayır. 15 manata da rəngli qələmlər var. Məsələn, keçən il 1 manat 20 qəpiyə olan karandaşlar indi 1 manat 80 qəpiyədir”.
Digər satıcı qeyd edib ki, ümumilikdə normal məktəb ləvazimatlarının qiyməti 50 manata başa gəlir:
“Yaxşı çantanın da qiyməti 20-25 manatadır. 100 vərəqli dəftərlərin qiyməti 70 qəpikdir. Termosların qiyməti isə 5 manatdan başlayır, 10 manata qədər davam edir”.
Valideynlər qiymət artımının ailə büdcəsinə ciddi təsir etdiyini bildirirlər. Xüsusilə bir ailədən bir neçə məktəblinin olması məsələni daha da çətinləşdirir:
“Çanta aldım. Keçən il 20-25 manat idi, indi isə bir yerdə 40, digərində isə 55 manata satılırdı. Çox bahadır. Hələ ki, 100 manatdan çox pulumuz çıxıb”.
Başqa bir valideynin sözlərinə görə, 3 övladı məktəblidir. Ən çox pul xərclədikləri də məktəbli formalarıdır.
2 övladı üçün məktəbli ləvazimatları alan digər valideyn deyir ki, hələ alış-verişləri tamamlanmayıb, lakin 400 manata qədər pul xərclənib:
“Ötən il 500 manatdan çox pulumuz çıxmışdı. Bu il hələ hər şeyi almamışıq”.
Müşahidələrə əsasən, bu il bir məktəblinin minimal ləvazimat xərci 100-120 manat civarındadır. Əgər ailədə bir neçə məktəbli varsa, bu rəqəm 2-3 dəfə artır.
Ətraflı videoda:
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










