Məktəb və bağçalarda kondisioner niyə yoxdur? - AÇIQLAMA

Qızmar havadan əziyyət çəkən təkcə böyüklər deyil, həm də dövlət bağçalarına gedən uşaqlardır. Bağçalarda soyutma sistemlərinin olmaması onlara çətinlik yaradır. Valideynlər bildirirlər ki, bağçalarda nəinki kondisioner, heç ventilyator da yoxdur. Bəzi bağçaların yay aylarında da fəaliyyət göstərəcəyini nəzərə alsaq, vəziyyəti göz önünə gətirmək elə də çətin deyil.
Avtosfer.az-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov açıqlamasında deyib ki, nəinki məktəbəqədər təhsil müəssisələrində, heç ümumtəhsil müəssisələrində də yay dövrü üçün kondisioner və bu kimi sərinlədici vasitələr nəzərdə tutulmayıb.
"Halbuki, ümumtəhsil məktəblərində iyunun 14-də tədris bitsə də, məktəbəqədər təhsil müəssisələrində yay dövründə tədris davam edir. "Təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturu haqqında" Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli, 287 nömrəli qərarına, o cümlədən 2012-ci il 3 avqust 171 saylı normativlərinə əlavə və dəyişikliklər etmək lazımdır", - ekspert bildirib.
(pravda.az)
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












