Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı?

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt karantin rejimi yumşaldıqdan sonra yenidən başlayıb-başlamayacağı maraqlandırır.
Bu məsələni aydınlaşdırmaq məqsədi ilə Media.Az Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovla əlaqə saxlayıb.
O bildirib ki, bu günlərdə nazir Emin Əmrullayevin iştirakı ilə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə bütün bu məsələlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
“Nazirliyin hansı qərara gəldiyi hələlik məlum deyil, lakin bu nəticəyə gəlmək olar ki, tədris ilinin əvvəlində - sentyabr və oktyabr aylarında tətbiq edilən hibrid təhsil formasının davam edəcəyi ehtimalı daha böyükdür.
Bu təhsil forması həm təhsil müəssisələrinə getməyi, həm də virtual təhsil almanı özündə birləşdirir. Ehtimal etmək olar ki, məktəblər və universitetlər, ilk növbədə, qapılarını ibtidai sinif şagirdlərinə və birinci və ikinci kurs tələbələrinə açacaqlar.
Eyni zamanda Təhsil və Səhiyyə Nazirliyi təhsil prosesinin təşkilini yaxından izləyəcəklər”, - deyə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri bildirib.
İctimai Şuranın sədrinin fikrinə görə, bütün qərarlar epidemioloji vəziyyət, tələbələr və müəllimlər üçün potensial risklər nəzərə alınmaqla balanslaşdırılmış şəkildə qəbul edilməlidir.
“Axı sağlamlıq və təhsil kimi dəyərləri müqayisə etsək, təbii ki, birincisi prioritet insan sağlamlığıdır. Ənənəvi təhsilə erkən keçid üçün heç kim gələcək nəslimizin sağlamlığını qurban verməz. Ənənəvi təhsil formasının onlayn dərslərə nisbətən daha çox üstünlüklərə malik olduğunu başa düşürük. 45 dəqiqəlik dərs prosesinin 30 dəqiqə ilə əvəz edilməsini müqayisə edək. Lakin vacib olan məqam tələsməməkdir və məsələyə məsuliyyətlə yanaşmaqdır, vətəndaşların isə Təhsil Nazirliyinin qərarlarına anlayışla yanaşması lazımdır”, - Ş.Əsgərov fikrini tamamlayıb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












