Məktəblərdə tələb olunan hazırlıq vəsaitlərindən narazılıq; nazirlik “bizim deyil” deyir - FOTO

Son günlər valideynlərin məktəbdə keçilən dərslərlə bağlı şikayətlərində artır. Xüsusən də aşağı siniflərdə oxuyan məktəblilərlə bağlı dərsliklərdə ortaya çıxan qüsurlar gözdən yayınmır.
Avtosfer.az-ın sosial şəbəkə hesabına şikayət edən vətəndaş bildirib ki, məktəbə hazırlıq qrupunda oxuyan 5 yaşlı oğlunun “Əlifba” adlı dərs vəsaitində qəribəliklə rastlaşıb.
Belə ki, övladı hələ “s” və “ş” hərflərini öyrəndiyi zaman, nümunə kimi yazmaq tapşırılan sözlər arasında “Sona” və “sap” sözlərinin olması həm valideyni, həm də məktəblini çaşdırıb. Çünki “s” hərfinə qədər məktəbli nə “o”, nə də “p” hərflərini keçib. Valideyn dərs vəsaitinin bütün məktəblərdə Azərbaycan dili bölməsi üçün tətbiq edildiyini bildirib. O qeyd edib ki, məktəbdəki müəllimlər bu vəsaitlərin Elm və Təhsil Nazirliyi tərəfindən tədrisinin tapşırıldığını vurğulayır.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, sorğu üzrə təqdim olunan təsvir dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklərdə mövcud deyildir.
“Əlavə olaraq qeyd edirik ki, Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində istifadə hüququ verilən dərsliklərlə www.e-derslik.edu.az portalı və www.trims.edu.az saytı vasitəsilə tanış olmaq mümkündür”.
Məsələ ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a müsahibəsində deyib ki, məktəbə hazırlıq qruplarında bu cür səhvlərə yol verilməsi qəbul edilməməlidir.

“Məktəbə hazırlıq qruplarında təhsil alan uşaqlar hələ ilkin təməl bilikləri alırlar. Təbii ki, orada əvvəlcə hərflər, sonra hecalar, sonra sözlər öyrədilir. Əlifbamızın ilk hərfi “A”dır, biz uşağa bu hərfi məktəbdən öyrədərkən ondan “ana” yazmağı tələb edirik. Bu, evdə valideynin tələbi əsasında da mümkündür, o zaman uşaq bu sözü yazmağı öyrənə biləcək. Amma əgər uşaq bağça təhsili görməyib və birbaşa məktəbə hazırlığa başlayıbsa, nitqi inkişafı ilə bağlı müəyyən çətinliklər var, o zaman uşağa bu formatda biliklərin öyrədilməsi qəbuledilməzdir”.
Səfər
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












