"Mənim əgər Ramiz Mehdiyevlə əlaqəm olubsa..." - Şərurlu İsfəndiyar

Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qarşı tərəfin hüquqlarını müdafiə edən vəkil Asim Abbasov ötən prosesdə təqdim olunan rəylə bagli ziddiyətli məqamların olduğunu bildirib:
"Ramiz Mehdiyev həmin ərəfədə AMEA-nın prezidenti olub. Dilçilik İnstitutunun hazırkı rəhbəri də onun əmri ilə təyin olunub. Görünən odur ki, həmin direktor Mehdiyevin əmri ilə rəy verib. Bu da bizim həmin rəyə şübhə ilə yanaşmağımıza əsas verir. Vəsatət veririk ki, ekspert rəyi sübutlar siyahısından çıxarılsın".
İ. Axundovun vəkili Ülvi Nəsibli bu vəsatətin təmin olunmamasını məhkəmədən istəyib:
"Kimin kimdən xoşu gəlmirsə, Ramiz Mehdiyevlə əlaqələndirirlər. Müvəkkilimin Mehdiyevlə əlaqəsinin olması hansısa şəxsin subyektiv fikridir".
İsfəndiyar Axundov isə buna münasibətini bildirib: "İnsan belə pul qazanmaz. Əgər mənim Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət mənim cəzamı verəcək" deyib.
Vəkil Asim Abbasov İ. Axundova müraciətlə "Siz mənim bu işdən çəkilməyimi istəyirdiniz; oğlunuz da, özünüz də buna görə dəfələrlə mənə zənglər etmisiniz. Biz bəzi məsələləri ortaya çıxarsaq, siz pis vəziyyətdə qalacaqsınız. Məni heç bir güc bu işdən çəkindirə bilməz. Tək istədiyimiz sizin etdiyiniz səhvi etiraf etməyinizdir".
Daha sonra məhkəmə qısa müşavirədən sonra elan edib ki, mütəxəssis rəyinin sübutlar siyahısından çıxarılması məhkəmənin sonunda yekun aktı qəbul ediləndə dəyərləndiriləcək.
Eyni zamanda rəy vermiş ekspertin dindirilməsi barədə vəsatət də təmin olunmayıb. Məhkəmə istintaqının yekunlaşması elan olunub.
Vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti proses dekabrın 22-nə təyin edilib
Xatırladaq ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib./unikal
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












