"Menloq" şirkəti qazilərimiz üçün aksiya keçirdi - FOTO

Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Menloq” MMC-nin 4 əməkdaşı Rəşadətli Ordumuzun sıralarına qatılaraq Vətən müharibəsində iştirak ediblər. Artıq səfərbərlikdən təxris olunan əməkdaşlarla görüş keçirilib.
Bildirilib ki, döyüşlərdə iştirak edən əməkdaşlardan bir nəfəri Baş-leytenant Xəlil Əhmədov hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Müzəffər Ali Baş Komandanın sərəncamıyla “Qarabağ” ordeni ilə təltif edilib. Döyüşlərdə fərqləndiklərinə görə 3 nəfər isə qulluq etdikləri hərbi hissələrin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
Görüşdə çıxış edən Menloq MMC-nin direktoru Cavid Şirinov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 44 günlük Vətən Müharibəsi tarixi qələbəmizlə nəticələndi. Bu möhtəşəm Zəfər tarixə qızl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılacaqdır.
Şanlı Ordumuzun sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürünü və xoş arzularını çatdıran sədr ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Daha sonra döyüşçülərə Fəxri fərman və hədiyyələr təqdim edilib.
Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.
Görüş çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsüylə qan xəstəliyindən əziyyət çəkənlərə dəstək olmaq və qan ehtiyatını artırmaq məqsədi ilə könüllü qanvermə aksiyası da keçirilib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ





















