Banner

Mənzilin ölçüsünə təsir etmək üçün tikilən artırmalar sökülə bilərmi? – EKSPERTDƏN VACİB AÇIQLAMA - FOTO

Gündəm 10 Dekabr 2024 19:48 Oxunub 906
Mənzilin ölçüsünə təsir etmək üçün tikilən artırmalar sökülə bilərmi? – EKSPERTDƏN VACİB AÇIQLAMA - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda uzun illər icra hakimiyyyətlərinin verdiyi qaydalara zidd qərarlar, vətəndaş və sahibkarların özbaşınalıqlarına göz yummalarının fəsadları illər sonra ölkə ərazisində şəhərsalmaya hansı ölçüdə zərərlərə səbəb olduğu ortaya çıxır.

Avtosfer.az xəbər verir ki,  xüsusən 15 il əvvələ qədər paytaxt və ona qoşu olan şəhər və rayonlarda tikinti qaydalarının kobud şəkildə pozulması, vətəndaşlara mənzillərinin ölçülərini artırmaq məqsədilə binanın görünüşündə dəyişikliklərin edilməsinə göz yumulmasının ağır fəsadları bu gün ortaya çıxır.

Belə ki, 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində paytaxtın Nizami, Xətai, Binəqədi, Nərimanov və Yasamal rayonlarında icra hakimiyyətləri vətəndaşlara mənzillərin ölçüsünü artırmaq üçün müəyyən hansı büdcəyə axdığı bəlli olmayan “rüsum”lar qarşılığında icazələr verirdi. Bununla vətəndaş həm binanın görünüşünə dəyişiklik edir, həm də onun dayanıqlılığına təsir etmiş olurdu ki, bu da müəyyən vaxtlarda həmin binalarda fövqəlada vəziyyətin ayranmasına gətirib çıxarırdı.

Mütəxəssislər bildirir ki, uzun illərdir ölkəmizdə bu cür artırma otaqlarla əlaqədar mübarizə işləri aparılır. “Abad məhəllə”lərin salınan ərazilərdə, təmir və bərpa işləri görülərkən bu cür artırmalar sökülür.

Mövzu ilə əlaqədar Azərbaycan Qiymətləndiricilərm Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc saytımıza müsahibəsində deyib ki, belə mənzillər həm görünüş, həm də təhlükəsizlik baxımdan heç bir normaya uyğun deyil:

“Nəzərə alsaq ki, Azərbaycan aktiv tektonik zonada yerləşir və zəlzələ ehtimalları da yüksəkdir. Belə olan halda, bu cür tikililər nə qədər bərkidilmə işləri aparılsa da, təhlükəlilik siyahısında ilk sırada qərarlaşırlar. Normal halda heç bir artırma edilməyən binalarda zəlzələ zamanı təhlükə yaranma ehtimalı 50%-dirsə, bu cür binalarda bu ehtimal 90%-ə qədər yüksəlir. Çünki əlavə artırmalar, həm binanın ətrafı, həm artımaların aşağı mərtəbələri, həm də binada yaşayanların hər biri üçün təhlükə mənbəyidir. Əksər hallarda belə artırmalar sənəddə qeyd edilmir. Mənzilin texniki pasportdundan əlavə olaraq inşa edilir. Dövlət reyesterində bu tip artırmaları mənzilin ümumi sahəsinə aid etmir. Bu cür qanunsuzluqara icazə verən qurumlar əvvəllər aktiv səlahiyyətləri olan “Mənzil İstismar Sahələri” olub. Hətta əvvəllər mənzilin qiymətləndirilməsi zamanı bu qurum heç bir qanunla əsaslandırmadan həmin artırmaları mənzilin ümumi sahəsinə əlavə edərək alıcılara təklif edirdilər. Bir çox hallarda reyesterdən çıxarış əldə edildiyi zaman da həmin ərazilərin mənzilin ümumi sahəsinə əlavə edilməsi ilə bağlı faktlara rast gəlinib. Lakin belə artırmalar daha ciddi zərərlərə səbəb olmadan sökülsə, həm əhali üçün, həm də dövlət üçün müsbət nəticələnər”.

Sonda iqtisadçı ekspert onu da vurğulayıb ki, bu cür hallara yol verən müvafiq icra qurumları mütləq cəzalandırılmalıdır ki, belə qanunsuzluqların qarşısı birdəfəlik alınsın.

Mütəxəssislər həmçinin bildirir ki, belə binaların sökülməsi üçün onların real təhlükə yaratması halı mütləqdir, əks halda qurum hansısa söküntü edə bilmir. Əvvəlki icra orqanlarının verdiyi qərarların qüvvəsi müvafiq orqanlar yaranan günədək qəbul edilmiş sayılır. Mülki Məcəlləyə əsasən müvafiq dövlət orqanlarının verdikləri aktlar, qərarlar, şəhadətnamələr müvafiq orqan yaranandan sonra da öz qüvvəsini saxlayır. Əgər hansısa bir təhlükə yaranaraa onda sökülə bilər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh