Meqazəlzələdə 298 min nəfər ölə bilər – EHTİMAL

Meqazəlzələ baş verəcəyi təqdirdə 298 min nəfər ölə, 2 trilyard dollarlıq maddi zərər yarana bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin proqnozunda bildirilib. Halbuki, 2014-cü ilin proqnozunda ölü sayı 313 min nəfər idi.
Tədqiqatlar göstərir ki, dənizaltı Nankay çökəkliyi boyunca 800 km uzanan fay xəttindəki sualtı tektonik lay tədricən yerini dəyişir. Layların yerdəyişməsi bloklanacağı təqdirdə böyük enerji ayrılaraq zəlzələ və sunamiyə səbəb olacaq. İşçi qrupun ehtimalına görə 215 min nəfər sunamidən, 73 min nəfər binaların çökməsindən, 9000 nəfər isə yanğından həuatını itirəcək.
Zəlzənəni proqnozlaşdırmaq çox çətindir. Lakin son 1400 illik tarixi araşdırdıqda məlum olub ki, Gündoğar ölkədə hər 100-200 ildə 1 meqazəlzələ olur. Axırıncı meqazəlzələ 1946-cı ildə baş verib. Dekabrın 21-də 8,4 maqnitudalı yeraltı təkanlar 1362 nəfərin ölümünə, 2000 nəfərin xəsarət almasna səbəb olmuşdu.
Vüqar
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












