Məşhur bilet şirkəti ləğv olunan konsertlərlə bağlı məlumat vermir? – “iTicket”dən narazılıq - FOTO

Son günlər sosial şəbəkələrdə bilet satış platforması “iticket.az” ilə bağlı narazılıqlar artmaqdadır. Avtosfer.az xəbər verir ki, vətəndaşlar şirkətin ləğv olunan tədbirlər barədə müştərilərə vaxtında məlumat vermədiyini iddia edirlər. Şikayətlərdən biri ilə bağlı sosial şəbəkədə vətəndaş yazır:
“Dünən “Murda” konserti olmalı idi, amma keçirilmədi. Konsertin ləğv olunması barədə nə SMS, nə də e-mail göndərilib. Mən konsertə gəlmək üçün 42 kilometr yol qət etdim, amma məkanın qarşısında təhlükəsizlik işçiləri mənə dedilər ki, “Murda” İstanbulda “story” paylaşıb, Bakıda isə konsert yoxdur. Bu barədə “iTicket”in nə səhifəsində, nə də sosial şəbəkə hesablarında heç bir məlumat yerləşdirilməmişdi. Siz camaatı aldatmısınız?”
Digər istifadəçilər də bənzər problemlərlə üzləşdiklərini bildirirlər. Onlardan biri qeyd edib:
“Mən “iTicket” hesabımdan daim tədbirlərə bilet alıram. Amma ləğv edilən konsertlərlə bağlı heç vaxt SMS və ya mail almamışam. Halbuki bütün məlumatlarım düzgün qeyd olunub”.

Məsələ ilə bağlı “iticket.az” nümayəndələri ilə əlaqə saxladıq. Şirkətdən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, bütün ləğv olunan tədbirlər barədə bilet sahiblərinə SMS və elektron poçt vasitəsilə məlumat göndərilir:
“Biz şirkət olaraq ləğv olunan bütün tədbirlər haqqında bilet alan şəxslərə məlumat veririk. Ola bilər ki, bəzi vətəndaşlar qeydiyyat zamanı telefon nömrələrini və ya meyl ünvanlarını düzgün daxil etməyiblər. Belə hallarda bildiriş müştəriyə çatmaya bilər”.
Lakin açıqlama vətəndaşları qane etməyib. Onlar iddia edirlər ki, məlumatların düzgünlüyündən əmindirlər və problemi şəxsi səhvlərində deyil, şirkətin məsuliyyətsiz fəaliyyətində görürlər.
Hazırda mübahisə açıq qalır: bir tərəfdə “məlumat göndərilib” deyən şirkət, digər tərəfdə isə “bizə heç bir xəbərdarlıq çatmayıb” söyləyən vətəndaşlar. Bu hal, ölkədə bilet satış şirkətlərinin müştəri ilə ünsiyyət və şəffaflıq məsələsində daha məsuliyyətli davranmasının vacibliyini bir daha gündəmə gətirir.

Fidan
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır










