Mətbuat prospektində yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Paytaxtın Yasamal rayonu, Mətbuat prospektində yeni asfalt örtüyünün vurulması prosesi davam edir. Mövzu ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, əslində sözügedən hissədə asfalt örtüyünün vurulması işləri bu gün saat 22:00-a qədər yekunlaşmalı idi. Ancaq müəyyən səbəblərdən gecə də daxil olmaqla həmin hissə bağlı olacaq. Ehtimal edilir ki, Mətbuat prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişmədən, Ayna Sultanova küçəsinə qədər olan hissəsi sabah səhər saatlarında da bağlı olsun. Hazırda görülən işlə əlaqədər olaraq sözügedən hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
O da bildirildi ki, Mətbuat prospektində işlər yekunlaşdıqdan sonra metronun “20 Yanvar” stansiyasından başlayaraq Həsən bəy Zərdabi küçəsində də təmir işləri mərhələli şəkildə görüləcək.
Rayon ərazisindəki Mikayıl Müşfiq küçəsində isə demək olar ki, yenidənqurma işləri yekunlaşmaq üzrədir. Küçədə deformasiyaya uğrayan asfalt qatı frezlənib. Əvəzinə yeni asfalt örtüyü döşənib.
Artıq sözügedən küçənin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək olan hissəsi tam yeni asfalt örtüyü ilə üzlənib.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetiriləcək.
Daha ətraflı videomaterialda:
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












