Metro bu tarixdən səhər saat 6-da fəaliyyətə başlaya bilər - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət normallaşmağa başlayıb. Belə ki, artıq gündəlik yoluxanların sayı 7-8 dəfə aşağı düşərək 500-600 arası dəyişib. Bu azalma ölüm hallarında da müşahidə olunur. Sağalanların sayında isə xeyli artım var. Belə ki, Azərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Bu gün səsləndirilən fikirlərdən biri də yanvarın 18-dən sonra metronun fəaliyyətə başlamasıdır. Yanvarın 18-dən sonra metro fəaliyyətə başlayacaqmı?
Avtosfer.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı bizə heç bir məlumat verilməyib:
"Yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən bizə məlumat daxil olmayıb.
Biz həmişəki qaydada fəaliyyətimizə davam edirik. Bilirsiniz ki, pandemiya və karantin rejimi ilə bütün qərarları Operativ Qərargah verir. Əgər hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












