Metro da dizel ilə işləyir? - Gedişhaqqı niyə artırılıb - RƏSMİ CAVAB

Son günlərin ən çox müzakirə olan mövzularından biri də ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Cəmiyyət avtobuslarda olan qiymət artımına səbəb kimi yanacağın bahalaşmasını qəbul etsə də, metrolarda olan qiymət artımını heç cürə anlaya bilmir. Hər kəsi bir sual düşündürür: metro qatarları Aİ-92 markalı benzinlə, ya da dizellə işləyir?
Avtosfer.az xəbər verir ki, Bakı Metropoliteni QSC-dən “avtobuslarda gedişhaqqı artırıldı deyə, metro da eyni addıma getdi” yanaşmasının doğru olmadığı bildirilib:
“Ümumiyyətlə, ictimai nəqliyyatda bahalaşma zəruri hesab olunduğu üçün qiymət artımına gedilib. İlk baxışdan elə görünür ki, Aİ-92 markalı benzin və dizeldən istifadə olunmur. Amma “Bakı Metropoliteni”nin nəqliyyat və xüsusi texnikaları var ki, hamısı da benzin və ya dizellə çalışır. Gecə növbəsində işçilər tərəfindən səhərə qədər tunellərə mal-material avadanlıqlarının aparılması, qırıntıların tuneldən səhər saatlarında çıxarılması və işçilərin depo ərazisinə qaytarılmasının hamısı təsərrüfat qatarı ilə həyata keçirilir. Bu qatar da dizellə çalışdırılır. Bundan əlavə, maşinistlərin evə aparılıb-gətirilməsinin hər biri xüsusi avtobusla təmin olunur. Bunlar bir-bir nəzərə alındıqdan sonra gediş haqqı artırılıb”. (globalinfo.az)
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












