Metroda getdiyimiz yol qədər ödəniş edəcəyik

Bakı metropoliteninin gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının tətbiq edilməsi gələcəkdə nəzərdə tutula bilər. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, bunun üçün Bakı Metropoliteninin mövcud infrastruktruru, texniki resurslar, differensial ödəniş üsullarının Bakı metropolitenində tətbiqi mümkün olan formalarının qiymətləndirilməsi və araşdırılmaları aparılmalıdır.
"Eyni zamanda bu ödəniş üsulunun tətbiqi üçün yeni xətlərin və yeni stansiyaların inşası da əhəmiyyət kəsb edir. Tariflər yalnız ödəniş üsulları ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra müzakirə oluna, sərnişin maraqları, o cümlədən sərnişinlər üçün daha cəlbedici təkliflər əsas götürülməklə, sosialkateqoriyalar, məsafəyə uyğun, metropolitendən istifadə və digər çoxsaylı aspektlərdən dəyərləndirilərək müəyyən edilə bilər. Hazırda Bakı metropolitenində differensial ödəniş üsulunun tətbiqi ilə bağlı yalnız müzakirələr aparılır",- rəsmi qurumun məlumatında deyilir.
Qeyd edək ki, differensial ödəniş üsulu məsafəyə görə ödəniş, həmçinin müxtəlif həssas qruplara müəyyən güzəştlərin edilməsi kimi yenilikləri özündə ehtiva edir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












